media-1200x100-50faiz

Könüllülərinin iştirakı ilə “Xocalı 33 il” fləşmobu keçirilib

media-ads_728_90

Azərbaycan könüllülərinin iştirakı ilə “Xocalı 33 il” fləşmobu keçirilib.

“TV1” xəbər verir ki, fləşmob Azərbaycan Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunub.

500 nəfər Azərbaycan könüllüsü fəalının iştirak etdiyi fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırım həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.

Fləşmob zamanı Azərbaycan könüllülərinin iştirakı ilə “Badam çiçəyi” – “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının simvolu canlandırılıb. Onlar “Xocalıya ədalət!” şüarını səsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.

media-ads_728_90
Paylaş