media-1200x100

Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb - YENİLƏNİB

media-ads_728_90

Türkiyənin Konya şəhərində çökən yaşayış binasının dağıntıları altından bir nəfərin cəsədi tapılıb, beş nəfər isə sağ olaraq çıxarılıb.

“TV1” xəbər verir ki, bölgədə axtarış-xilasetmə işləri təxminən 12 saatdır fasiləsiz davam edir.

Axtarışlara AFAD qrupları, yanğınsöndürmə və 112 ilkin təcili-tibbi müdaxilə heyətləri ilə yanaşı, xüsusi təlim keçmiş itlər də cəlb edilib.

Xatırladaq ki, çökmə ilə bağlı ilkin məlumat dünən yerli vaxtla saat 20:05-də daxil olub. Saat 20:15-dən etibarən axtarış-xilasetmə işləri başladılıb.

11:03  ——————————————————————————————————————————————–

Türkiyənin Konya vilayətində çökən binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.

“TV1” xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub.

Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir.

Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir.

media-ads_728_90
Paylaş