media-1200x100

Koreya hökuməti Çinin “DeepSeek” süni intellekt tətbiqinin xidmətini dayandırdı

media-ads_728_90

Koreya hökuməti Çinin süni intellekt tətbiqi olan “DeepSeek”in yerli xidmətini dayandırıb.

“TV1” xəbər verir ki, bununla bağlı Yonhap xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, hökumət tətbiq vasitəsilə məlumatların toplana biləcəyini ehtimal edir.

Şəxsi Məlumatların Qorunması Komissiyası xidmətin Cənubi Koreyanın şəxsi məlumatların qorunması qanunlarına uyğun olaraq “təkmilləşdirmələr” edildikdən sonra bərpa ediləcəyini bildirib.

media-ads_728_90
Paylaş