media-1200x100

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

media-ads_728_90

Milli Hidrometeorologiya Xidməti noyabrın 24-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

“TV1” xəbər verir ki, Xidmətdən verilən məlumata görə, Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə Qərb küləyi əsəcək.

Küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə Qərb küləyinin əsəcəyi və küləyin sürətinin saniyədə 20,8-28,4 metr olacağı gözlənilir.

media-ads_728_90
Paylaş