media-1200x100

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

media-ads_728_90

Yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Ağdam, Samux, Şəmkir, Tovuz, Ağstafa, Neftçala, Qobustan, Şəki, Oğuz, İsmayıllı, Lerik, Yarımlı, Lənkəran, Astara, Masallı, Salyan, Hacıqabul, Yevlax, Mingəçevir, Tərtər, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

media-ads_728_90
Paylaş