Lənkəran rayonunda zəlzələ olub
Lənkəran rayonunda zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 15:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,4 olub.
Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub.








