Litva, Latviya və Estoniya səfirləri Gürcüstan XİN-ə çağırılıb
Litva, Latviya və Estoniya xarici işlər nazirlərinin sanksiyalarla bağlı açıqlamalarından sonra bu ölkələrin səfirləri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
“TV1” xəbər verir ki, Gürcüstan KİV-nin yazdığına görə, səfirlərin görüşünün xarici işlər nazirinin müavini ilə baş tutacağı ehtimal edilir.
Səfirlər görüşə qədər ictimaiyyət üçün açıqlama verməyiblər.
Qeyd edək ki, Litva və Estoniya insan hüquqlarının pozulması iddiası ilə bir sıra Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Sanksiyaya məruz qalan şəxslərin siyahısını Litvanın və Estoniyanın xarici işlər nazirləri dərc ediblər.