Los-Ancelesdə helikopter qəzaya uğrayıb - Ölənlər var

media-ads_728_90

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Məlumata əsasən, hava gəmisi yerli KİV-lərdən birinə məxsus ola bilər. Hadisənin səbəbləri hələlik məlum deyil.

Qeyd olunub ki, helikopter sentyabrın 15-də Los-Anceles şəhərinin ətrafında baş vermiş böyük yol qəzasının baş verdiyi ərazinin yaxınlığında yerə düşüb.

media-ads_728_90
Paylaş