Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb

media-ads_728_90

2026-2027-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul zamanı istifadə edilməmiş dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi  (DİM) məlumat yayıb.

bildirilib ki, əlavə müsabiqə müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballar nəzərə alınmaqla keçirilib.

Müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul olunan 195 tələbə dövlət sifarişi əsasında, yəni ödənişsiz təhsil almaq hüququ əldə edib.

Həmin tələbələrin siyahısı müvafiq tədbirlərin görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Eyni zamanda, tələbələrin “Şəxsi kabinet”lərində qeyd etdikləri mobil telefon nömrələrinə əlavə müsabiqənin nəticələri barədə məlumat göndərilib.

Qeyd olunub ki, əlavə müsabiqə 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul zamanı boş qalan dövlət sifarişli yerlərin tutulması məqsədilə keçirilib.

media-ads_728_90
Paylaş