Makronun impiçmenti üçün ilkin addım atılıb

media-ads_728_90

Fransanın Milli Assambleyasının Bürosu prezident Emmanuel Makronun impiçmenti barədə qətnamənin lehinə səs verib.

“TV1” xəbər verir ki, sənədin lehinə 12 büro üzvü səs verib.

Bununla da “Yenilməz Fransa” partiyasının təşəbbüskarı olduğu layihə büronun ilkin səsverməsindən keçmiş hesab olunub.

Sözügedən prosedurdan sonra qətnamə layihəsi Hüquq Komitəsinə təqdim olunacaq. Bu prosesin ardından həmin sənəd 15 gün ərzində Fransa Milli Assambleyasının gündəliyinə çıxarılmalıdır.

media-ads_728_90
Paylaş