Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun İsgəndərli kəndində fəaliyyət göstərən Şöhrət Ağakərim oğlu Zeynalova məxsus təndirxanada plandankənar yoxlama keçiriblər.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı qida obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Obyektdə mənşəyi məlum olmayan toyuq məhsulları aşkarlanıb, həmçinin sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb, obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.








