Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedovu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında taekvondoçu Qaşım Maqomedovun Olimpiadada gümüş medal qazanması ilə bağlı paylaşım edib.
“TV1” xəbər verir ki, paylaşımda deyilir:
“Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”.