Məktəbəhazırlıq qruplarına neçə min uşaq qeydiyyatdan keçib? - RƏSMİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 22 442 uşaq elektron qeydiyyatdan keçib.
“TV1” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-dan aktiv edilib.