media-1200x100

Məktəbli formaları ucuzlaşıb - VİDEO

media-ads_728_90

Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətində ucuzlaşma yaranıb. Məktəbli forması almağa gələnlər hələlik azdır, amma qiymətlərdə enmə var.

“TV1” xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin şatış müdiri Etibar Əzimov açıqlama verib.

O qeyd edib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb.

Hazırda tikiş evində Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə uyğun olaraq 3 müxtəlif rəngdə vahid məktəbli formaları satılır.

Tikiş evindən o da bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb.

Tikiş evi tərəfindən satılan bütün məhsullara 1illik zəmanət verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

media-ads_728_90
Paylaş