Məktəbli yoldaşını yaralayan şagird SAXLANILDI
“Paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digər şagirdə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub”.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb:
“Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır”.
Qeyd edək ki, Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.