Məşhur çips markası marketlərdən YIĞIŞDIRILIR
Coca-Cola Europacific Partners Belçikadakı Gent istehsal müəssisəsində müntəzəm yoxlamalar zamanı aşkar edilən xlorat səbəbindən geniş miqyaslı geri çağırma qərarına gəlib və istehlakçılardan müəyyən partiya nömrələri olan içkiləri istehlak etməməyi xahiş edib.
“TV1” xəbər verir ki, bu yüksək səs-küylü yığışdırılma qərarından sonra ABŞ-da yerləşən nəhəng kartof çipsi Lay’s satışa təqdim etdiyi məhsulla bağlı oxşar addım atıb.
ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən edilən açıqlamaya görə, Lay’s-in yalnız ABŞ bazarı üçün istehsal etdiyi 350 qramlıq çips paketində daha əvvəl heç bir məlumat verilməmiş süd məhsulu aşkar edilib.
FDA, bu vəziyyətin xüsusilə süd alerjisi və ya həssaslığı olan şəxslər üçün ciddi təhlükələr yaratdığını və hətta ölümcül allergik reaksiyalara səbəb ola biləcəyini bildirib.