media-1200x100

Məsud Özil “Qarabağ”ın qonağı olacaq

media-ads_728_90

Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Məsut Özil Azərbaycana gələcək.

“TV1” xəbər verir ki, bu barədə “Qarabağ”ın rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun dəvəti ilə Bakıya səfər edəcək ulduz futbolçu Azərbaycan çempionunun qonağı olacaq.

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçi “Qarabağ”ın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək.

Oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

media-ads_728_90
Paylaş