Məzahir Pənahov: Bu, suverenliyin bərpasından sonra ilk parlament seçkiləridir
Sentyabrda keçiriləcək parlament seçkilərini “Zəfər seçkiləri” adlandıra bilərik.
“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
Sədr bildirib ki, işğaldan azad olunuş ərazilər də daxil olmaqla, seçkilər üçün ümumilikdə 5113 məntəqə müəyyənləşdirilib. Onlardan 1854-ü qapalı, 3259-u açıq məkanlardır.