Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər

media-ads_728_90

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasını müzakirə edib.

“TV1”  xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Görüş zamanı tərəflər münasibətlərin strateji xarakterini vurğulayıblar.

XİN rəhbərləri Ermənistan-İran sərhədində ikinci körpünün tikintisinin, üçüncü elektrik ötürücü xəttin inşasının tezliklə başa çatdırılmasının əhəmiyyətinə, habelə iki ölkə arasında yükdaşımaların sadələşdirilməsi məsələlərinə toxunublar.

“Mirzoyan TRIPP layihəsinin icrası üzrə aparılan işlər və onun region ölkələri üçün açdığı yeni imkanlar barədə məlumat verib. Nazirlər regional hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Bu kontekstdə Mirzoyan Ermənistanın cari vəziyyəti diqqətlə izlədiyini vurğulayIB. O, mövcud məsələlərin danışıqlar yolu ilə həllinə yönəlmiş səylərin əhəmiyyətini xüsusi qeyd edib”, – qurumdan bildirilib.

 

media-ads_728_90
Paylaş