Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

media-ads_728_90

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib.

“TV1” Moldpres informasiya agentliyinə istinadla xəbər verir ki, Milli Ordunun Hava Əməliyyatları Xidməti bunu yerli vaxtla saat 08:43-də müəyyən edib. Uçuş obyekti bir dəqiqə sonra Ukraynanın Limansk şəhərinə istiqamətlənərək Moldova ərazisini tərk edib.

Bildirilib ki, Moldova tərəfi hava məkanını müvafiq qurumlar və tərəfdaşlarla birlikdə izləməyə davam edir.

Qeyd edək ki, hadisə Rusiyanın Ukraynaya qarşı gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı raket hücumu fonunda baş verib.

media-ads_728_90
Paylaş