Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib
Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.
“TV1” İnterfax-a istinadən xəbər verir ki, Rusiya prezidenti bildirib ki, Ermənistan baş naziri ilə ikitərəfli görüşdən əvvəl təkbətək görüş keçirib və iki ölkə arasındakı bir sıra məsələləri müzakirə edib.
Putin iki ölkə arasında arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib.