media-1200x100

MSK sədri: Seçkilərdə xoşagəlməz hallardan heç kim sığortalanmayıb

media-ads_728_90

Dünyada keçirilən seçkilərdə milyonlarla insan iştirak edir. Bu zaman xoşagəlməz halların olmasından heç kəs sığortalanmayıb.

“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

O qeyd edib ki, xoşagəlməz addımların qarşısını almaq üçün müəyyən maarifləndirici təlimlər həyata keçirilir.

“Bu fəaliyyətdə media orqanlarının rolu danılmazdır. Media subyektləri bəzən öz populyarlıqlarını artırmaq üçün sensasion ştrixlərdən istifadə edib. Xoşagəlməz halların baş verməsindən heç kəs qorxmamalıdır. Milyonlarla insanın iştirak etdiyi tədbirdə bu hallar ola bilər. Sadəcə, bu zaman yerində qərar verilməlidir. Burada qəbahətli bir məqam yoxdur”,- deyə M.Pənahov bildirib.

media-ads_728_90
Paylaş