Müəllimlərin vahid məktəbli formasına keçməsi barədə qərar yoxdur - RƏSMİ
Gələcəkdə müəllimlərin də vahid məktəbli formasından istifadə edib-etməməsi ilə bağlı hansısa qərar yoxdur.
“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında bildirib.