NATO ölkələrinin iclası təxirə salınıb
Oktyabrın 12-də Almaniyada NATO ölkələrinin liderləri səviyyəsində “Ramşteyn” formatında keçirilməli olan iclas qeyri-müəyyən müddətə təxirə salınıb.
“TV1” xəbər verir ki, bu barədə xarici KİV NATO-nun mənzil-qərargahındakı mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl Ağ Evdən bildirilib ki, yaxınlaşan “Milton” qasırğası ilə əlaqədar ABŞ Prezidenti Co Baydenin Avropaya səfəri və iclasda iştirakı təxirə salınıb.
Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski iclasda “qələbə planı”nı təqdim edəcəyini açıqlamışdı.