NATO qırıcı təyyarəsi Litva səmasında dronu vurub
Litvanın Kaunas qəzası üzərində pilotsuz təyyarə vurulub.
“TV1” xəbər verir ki, bu barədə Litvanın Milli Radio və Televiziyası (LRT) xəbər verib.
Məlumata görə, Litva Yanğından Mühafizə və Xilasetmə Departamenti gecə yarısından bir az sonra ölkəyə daxil olan dronu aşkar edib. Vilnüs, Trakay, Elektren və Kaunas rayonları üçün sarı hava xəbərdarlığı verilib. Vilnüs hava limanının da işi məhdudlaşdırılıb.
Hadisəyə cavab olaraq, NATO hava polisinin qırıcı təyyarələri səma qalxaraq yarım saat sonra dronu məhv edib.
Pilotsuz təyyarənin tutulmasından sonra xəbərdarlıq və mülki aviasiya üçün müvəqqəti uçuş məhdudiyyətləri tamamilə aradan qaldırılıb. Litva Milli Böhran İdarəetmə Mərkəzi radarların obyektin Trakay istiqamətindən hərəkətini aşkarladığını qeyd edib.








