Nazir: Son 25 ildə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub

media-ads_728_90

Son 25 ildə ölkə üzrə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb.

“TV1” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 14-də keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, son illərdə təqribən 600 məktəb binası tikilib və ya əsaslı təmir olunub. 2026–2027-ci tədris ilində 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Hazırda 41 təhsil müəssisəsində təmir-tikinti işləri davam edir, 125 müəssisədə isə layihələndirmə işləri aparılır.

İşğaldan azad edilmiş ərazilərdə 11 təhsil müəssisəsində təmir-tikinti işləri davam etdirilir, 22 müəssisədə isə layihələndirmə və hazırlıq işləri aparılır.

media-ads_728_90
Paylaş