Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb: Göyərtədəki 32 nəfərin hamısı həlak olub

media-ads_728_90

Nigeriya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “ATR-42” tipli təyyarə ölkənin Ondo ştatında, İqbokoda yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.

Nigeriya Prezidenti Bola Tinubu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “ATR-42” təyyarəsinin qəzaya uğradığını və göyərtəsində olan 32 nəfərin həlak olduğunu təsdiqləyib.

“TV1” xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasının rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Tinubu aviasiya qəzasında həlak olan 25 sərnişin və yeddi heyət üzvünün ailələrinə dərin hüznlə başsağlığı verib.

Qeyd olunur ki, Nigeriya prezidenti gələcəkdə bu cür hadisələrin qarşısını almaq məqsədilə Nigeriya Hərbi Hava Qüvvələrinə təyyarənin qəzaya uğramasının səbəblərinin dərhal araşdırılmasına başlanılması barədə göstəriş verib.

media-ads_728_90
Paylaş