media-1200x100

İki həftə davam edən “Oktoberfest” festivalı hər il Münhen şəhər büdcəsinə təqribən 2 milyard avro qazanc gətirir

media-ads_728_90

Almaniyanın Münhen şəhərində ənənəvi “Oktoberfest” pivə festivalı keçirilir.

“TV1” xəbər verir ki, Bavariya torpağının Terezienvize çəmənliyində 189-cu dəfə keçirilən bu festivalda 5 gün ərzində 1 milyondan çox insan iştirak edib.

Festivalın ilk günündə alkoqoldan çox istifadə etmə diaqnozu ilə zəhərlənmiş 650 nəfərə təcili tibbi yardım göstərilib.

Qeyd edək ki, 2023-cü ildə “Oktoberfest” festivalında 7,2 milyon insan iştirak edib.

Bu pivə bayramı Münhen şəhər büdcəsinə hər il təqribən 2 milyard avro qazanc gətirir. Festival oktyabr ayının 6-dək davam edəcək.

media-ads_728_90
Paylaş