media-1200x100

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

media-ads_728_90

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.

Bildirib ki, öncədən verilən məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında , Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , fasilələrlə yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.

media-ads_728_90
Paylaş