Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət veririk – Gürcüstanın Baş naziri
“Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına xüsusi əhəmiyyət verir”.
“TV1” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze özbəkistanlı həmkarı Abdulla Aripovla görüşündə bildirib.
“Biz ölkələrimiz arasında ticarət tərəfdaşlığının daha da genişləndirilməsində maraqlıyıq. Bundan əlavə, investisiya sahəsində fəaliyyətlər də mümkündür”, – deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, Gürcüstan strateji mövqeyə malikdir və tarixən Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirib:
“Biz bu strateji yerləşmədən maksimum istifadə etmək istəyirik. Gürcüstanla Özbəkistan arasında bu istiqamətdə əməkdaşlıq çox səmərəli və faydalı ola bilər”.