media-1200x100

Ötən həftə azad edilmiş ərazilərdə 367 mina zərərsizləşdirilib

media-ads_728_90

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.07.2024 – 04.08.2024) açıqlanıb.

“TV1” xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 280 piyada əleyhinə mina, 87 tank əleyhinə mina, 8086 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2790.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

media-ads_728_90
Paylaş