Azərbaycanda internetə 70 mindən çox bank kart məlumatı sızdırılıb
“Azərbaycanın kibertəhlükəsizlik məhsulu olan “Cypho” tərəfindən aparılan axtarışlar nəticəsində ötən il Azərbaycanda internet məkanına 70 mindən çox sızdırılmış bank kart məlumatları aşkar edilib”.
“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin müdiri Elman Kərimli deyib.
Onun sözlərinə görə, həmin məlumatlar dövlət orqanlarına təqdim olunub.
Qeyd edək ki, “Cypho” İRİA-nın “Cyberpark” layihəsi çərçivəsində dəstəklənən yerli kibertəhlükəsizlik məhsuludur.