Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - VİDEO
İşləyən əhalinin əksəriyyəti iş saatlarını oturaq vəziyyətdə keçirir. Ofis işçiləri, sürücülər müxtəlif müəssisələrin işçilərinin bir hissəsi və digər bu kimi şəxslər sanki iş masasına “zəncirlənir”.
“TV1” xəbər verir ki, ofis şəraitində işləyənlərdə çox vaxt fiziki aktivlik azalır, qida balansı pozulur.
Nəticədə hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanma bir çox xəstəliklərin yaranması üçün risk faktorudur. Ona görə də fiziki cəhətdən fəal həyat tərzi sürməyən şəxslər qida rasionuna xüsusi diqqət yetirməlidirlər.
Fiziki aktivlik və düzgün qidalanma sağlam həyat tərzinin vacib şərtlərindəndir. Qidalanmanın balanslı təşkili çox vacibdir. Belə ki, az yağlı, zülal və tam taxıllı məhsullarla zəngin qida rasionu gündəlik zəruri enerji miqdarının alınması üçün kifayətdir.
Daha ətraflı süjetdə:
İlkanə Vaqifqızı