Özbəkistan əhalisinin sayı 37,5 milyonu ötüb
Özbəkistanın əhalisi 37,5 milyon nəfərə çatıb.
“TV1” xəbər verir ki, 2024-cü ildə Özbəkistanın əhalisinin sayı 37,5 milyon nəfərə çatıb.
Bu, 2023-cü illə müqayisədə 2% çoxdur.
Bu barədə ölkənin Statistika Agentliyinin hesabatında deyilir.
Qeyd edək ki, 2025-ci ilin əvvəlinə olan məlumatlara görə, respublikada 18,9 milyon kişi və 18,6 milyon qadın yaşayır. Şəhər əhalisinin xüsusi çəkisi 51 %-ə, kənd əhalisinin payı 49 %-ə çatıb.