media-1200x100

Özbəkistanda özəl məktəblər və uşaq bağçaları 2030-cu ilə qədər vergidən azad ediləcək

media-ads_728_90

Özbəkistanda özəl məktəblər və uşaq bağçaları 2030-cu ilə qədər vergidən azad ediləcək.

“TV1” xəbər verir ki, Şavkat Mirziyoyev 2030-cu il yanvarın 1-dək özəl məktəb və uşaq bağçalarının sosial vergi istisna olmaqla, bütün növ vergi və ödənişlərdən azad edilməsi haqqında fərman imzalayıb.

Bundan əlavə, özəl qurumlar tədris avadanlığı, kompüter avadanlığı, proqram təminatı, elmi-metodiki ədəbiyyat və digər materialların idxalına görə gömrük rüsumunu ödəməyəcəklər.

2025-ci il yanvarın 1-dən əcnəbi müəllimlər üçün iş icazəsinin alınması haqqı 30 dəfə azaldılacaq və onlar fərdi gəlir vergisi, həmçinin sosial vergidən azaddırlar. Belə işçilərə əlavə olaraq tədris vizası veriləcək.

Qeyd edək ki, bu tipli vizalar əvvəllər yalnız dövlət qurumlarının və ya xarici universitetlərin filiallarının əməkdaşlarına verilirdi.

Eyni zamanda, məktəblərin tikintisi üçün dövlət güzəştli kreditlər və vergi güzəştləri də tətbiq edəcək. Bu addımlar Özbəkistanda təhsilin yeni səviyyəyə yüksəlməsinə hesablanıb.

media-ads_728_90
Paylaş