Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb
Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində üç nəfər həlak olub.
“TV1” xəbər verir ki, zərbə bu gecə vilayətin Nurqal rayonunda endirilib.
Hadisə ilə bağlı Pakistan tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Fevralın 26-da axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava zərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb.
Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, hazırda Pakistanla Əfqanıstandakı “Taliban” hökuməti arasında açıq silahlı qarşıdurma vəziyyəti yaranıb.








