Pakistanda məsciddə partlayış olub, dörd nəfər ölüb - YENİLƏNİB

media-ads_728_90

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

“TV1” xəbər verir ki, hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

13:56 —————————————————————————————————————————————

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində cümə namazında güclü partlayış baş verib.

“TV1”xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

media-ads_728_90
Paylaş