media-1200x100

Pakistanda silahlı toqquşma – 42 nəfər ölüb

media-ads_728_90

Pakistanın Bəlucistan əyalətində hərbçi və separatçılar arasında silahlı toqquşma baş verib.

“TV1” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilir ki, insident zamanı 18 hərbçi və 24 silahlı qruplaşma üzvü ölüb.

Məlumata görə, silahlı toqquşma separatçıların yollarda qurduqları postların aradan qaldırılması zamanı baş verib.

Qeyd edək ki, separatçıların hansı qruplaşmaya aid olduqları hələlik bəlli deyil.

Əlavə edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif toqquşmanı pisləyib.

media-ads_728_90
Paylaş