Pakistanda silahlılar 450-dən çox sərnişini girov götürüb

media-ads_728_90

Pakistanda yaraqlıların martın 11-də sərnişin qatarına hücumu nəticəsində 450-dən çox şəxs girov götürülüb, qatarın maşinisti yaralanıb.

“TV1” xəbər verir ki, hücum ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.

“450-dən çox sərnişin silahlı şəxslər tərəfindən girov saxlanılır”, – Kvettada dəmiryol idarəsinin yüksək vəzifəli məmuru Məhəmməd Kaşif bildirib.

Məlumata görə, qatar Kvettadan Xayber-Paxtunxva əyalətindəki Peşavara gedərkən atəşə tutulub.

Hücuma görə, silahlı separatçı “Bəlucistan Azadlıq Ordusu” qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Əyalət hökumətinin nümayəndələri və dəmiryolçular girovların götürülməsi barədə məlumatı təsdiqləməyiblər.

media-ads_728_90
Paylaş