Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin SAYI
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 300 beynəlxalq müşahidəçi qeydə alınıb.
“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib:
“Bizim təxminimizə görə, bu rəqəm 100 mini keçəcək”.