Paşinyan: “Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər”
“Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər”.
“TV1” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Parlamentdə hökumət saatı zamanı Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.
O bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz.