Paytaxt küçələri qardan təmizlənir - VİDEO
Paytaxt küçələri qardan təmizlənir.
“TV1” xəbər verir ki, gecədən başlayaraq Bakıya yağan qarın təmizlənməsi üçün paytaxt küçələrində işlər görülür.
Bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar BŞİH və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar. Gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.
Təmizlik işləri gün ərzində davam edəcək.
Görüntüləri təqdim edirik: