Paytaxtın bu ərazisində dayanacaq sökülüb, səbəbi bəlli deyil - FOTO/VİDEO + ÖZƏL
Paytaxtın “8 Noyabr” prospektində avtobus dayanacağı sökülüb.
“TV1” xəbər verir ki, ərazi olaraq sözügedən yer Ağ Şəhərdən üzü Fəhlə prospektinə gedən istiqamətdir.
Dayanacağın hansı səbəbdən söküldüyü bəlli deyil. Amma görüntülərdən də müşahidə olunur ki, paytaxt sakinləri qışın soyuq, qarlı, şaxtalı günlərində avtobusları açıq havada gözləyirlər. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.
Görüntüləri təqdim edirik: