Paytaxtda duman müşahidə olunur
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur.
Bu barədə “TV1”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir.
Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq.








