Paytaxtda iki məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

media-ads_728_90

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə yeni verilmiş Nəsimi rayonundakı 355 nömrəli körpələr evi-uşaq bağçası və 357 nömrəli uşaq bağçası fəaliyyətə başlayıb.

“TV1” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, hər iki məktəbəqədər təhsil müəssisəsi 4 qruplu olmaqla müasir tələblər səviyyəsində qurulub. Bağçalar məktəbəqədər təhsil sahəsində müəyyən olunmuş normativ tələblərə uyğun olaraq uşaqların hərtərəfli inkişafı, təlim-tərbiyəsinin təşkili üçün zəruri maddi-texniki baza və şəraitlə təmin edilib. Müəssisələrdə azyaşlıların rahatlığı, təhlükəsizliyi məqsədilə hər bir detal diqqətdə saxlanılıb.

Həmin bağçalara uşaqların qəbulu üçün qeydiyyat prosesi elektron sistem üzərindən həyata keçirilir. Valideynlər hər iki bağça üzrə “bq.edu.az” elektron qeydiyyat sistemi vasitəsilə növbəyə yazıla və müraciət edə bilərlər.

Xatırladaq ki, hər iki məktəbəqədər təhsil müəssisəsi bundan öncə Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib.

media-ads_728_90
Paylaş