Pentaqon rəhbərinin istefası gözlənilirmi?
ABŞ-da Pentaqon rəhbəri Pit Heqsetin mümkün istefası ilə bağlı müzakirələr güclənib. Amerikanın proqnoz platforması “Kalshi” istifadəçiləri son günlər müdafiə nazirinin vəzifədən uzaqlaşdırılacağı ehtimalına daha çox ehtimal etməyə başlayıblar. Cəmi bir gün ərzində Heqsetin bu il istefa verəcəyi ehtimalı 10 faiz bəndi artaraq 40 faizə çatıb. Müzakirələrin artmasına səbəb isə Pentagon tərəfindən aparılan araşdırmanın aralıq nəticələri fonunda olub.
“TV1” xəbər verir ki, bu barədə məlumatı The New York Times qəzeti yayıb.
Mənbənin bildirdiyinə görə, İranın Minab şəhərində yerləşən məktəbə edilən zərbə ABŞ hərbçilərinin hədəf göstərmə zamanı yol verdiyi səhv nəticəsində baş verib.
İlkin məlumatlara görə, ABŞ ordusu məktəbi “Tomahavk” qanadlı raketləri ilə vurub. Mərkəzi Komandanlıq (CENTCOM) hərbi kəşfiyyatdan köhnəlmiş və ya dəqiq olmayan məlumat alıb və bu səbəbdən hədəf yanlış müəyyən edilib.
İran tərəfinin açıqlamasına görə, zərbə nəticəsində 175 nəfər həlak olub və onların böyük əksəriyyətini uşaqlar təşkil edib. Daha əvvəl isə ABŞ prezidenti Donald Trump və müdafiə naziri Pit Heqset hadisəyə görə məsuliyyəti İranın üzərinə qoymuşdular.
Bununla yanaşı, bu həftə “Open The Books” təşkilatının analitikləri Pentaqonun xərcləri ilə bağlı yeni məlumatlar açıqlayıblar. Hesabata görə, ötən ilin sentyabr ayında qurum ümumilikdə 93,4 milyard dollar xərcləyib. Bu məbləğin 2 milyon dolları Kamçatka krab ətinə, 7 milyon dolları omar quyruqlarına sərf olunub. Həmçinin “PAW Patrol” (Köpək patrul) və “Frozen” (Soyuq ürək) cizgi filmlərinin qəhrəmanları olan stikerlərin alınmasına isə 3 min dollardan çox vəsait xərcləndiyi bildirilir.








