media-1200x100

Tramp Putinlə 7 dəfə gizli danışıb – Peskov iddialara cavab verdi

media-ads_728_90

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin 45-ci prezidenti Donald Tramp arasında 2021-ci ildən bəri 7 dəfə telefon danışığının olması barədə xəbərlər həqiqətəuyğun deyil”.

“TV1” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bununla yanaşı, o COVID19 pandemiyasının başladığı ilk vaxtlarda ABŞ-nin Rusiyaya analizlərin aparılması üçün avadanlıq tədarük etdiyini təsdiqləyib.

D.Peskovun sözlərinə görə, rəsmi Moskva da ABŞ-yə sözü gedən testlərin həyata keçirilməsi üçün avadanlıq göndərib.

Qeyd edək ki, “The Washington Post“ nəşrinin redaktorlarından Bob Vudvord belə bir iddia ilə çıxış etmişdi.

media-ads_728_90
Paylaş