media-1200x100

Polşada fəaliyyət göstərən "Sevil" Assosiasiyasının HƏDƏFLƏRİ

media-ads_728_90

Polşada yaşayan azəraycanlı xanımlarımız bir araya gələrək “Sevil” – Qadınların İmkanlarının Genişləndirilməsi və Hüquqlarının Müdafiəsi Assosiasiyasını yaradıblar.

Bu barədə “TV1”-ə özəl açıqlamasında Assosiasiyanın təmsilçisi Ləman Səfərova bildirib.

O qeyd edib ki, Assosiasiyanın təsis edilməsində məqsəd Polşada yaşayan xanımlarımızın bir araya gətirilməsi, onların yaşadıqları ölkədə fəaliyyətlərdə birgə əməkdaşlığına nail olmaqdır.

Müsahibizimiz vurğulayıb ki, yeni yaranmasına baxmayaraq artıq Assosiasiyaya xeyli xanım qatılıb.

O əlavə edib ki, qurum mart ayında bir sıra tədbirlər keçirməyi planlaşdırır.

Qeyd edək ki, xaricdə yaşayan Azərbaycan qadınlarının inkişafının dəstəklənməsi və onlarla bağlı təşəbbüslərin həyata keçirilməsini məqsəd kimi qarşısına qoyan qurum Polşada yaşayan xanımlarımızın inkişafının dəstəklənməsi və onlarla bağlı təşəbbüslərin həyata keçirilməsini hədəfləyir.

media-polsa-1

 

 

media-ads_728_90
Paylaş