Prezident: Azərbaycan-ABŞ əlaqələri 34 illik diplomatik münasibətlər tarixində ən yüksək zirvədə qərarlaşıb

media-ads_728_90

Fəxrlə deyə bilərik ki, Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədə qərarlaşmışdır.

“TV1” xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Trampa ünvanladığı məktubda qeyd edilib.

“Bu böyük nailiyyətə, o cümlədən strateji tərəfdaşlığımızın təşəkkülündə və dərinləşməsində əvəzsiz xidmətlərinizə görə Sizə şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha təşəkkürümü ifadə edirəm”, – deyə məktubda bildirilib.

media-ads_728_90
Paylaş