media-1200x100

Putin Çin lideri ilə ABŞ-Rusiya danışıqlarını müzakirə edəcək

media-ads_728_90

Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Ər-Riyadda Rusiya Federasiyası ilə ABŞ arasında aparılan danışıqların nəticələrini müzakirə edə bilərlər.

“TV1” xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ər-Riyaddakı danışıqlardan sonra Putinlə Si Cinpin arasında söhbətin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala Peskov “gözləməyə dəyər” deyə cavab verib.

Qeyd edək ki, bundan əvvəl V.Putin Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqların nəticələri barədə BRİKS ölkələrindən olan həmkarlarını tezliklə məlumatlandıracağını bildirmişdi.

media-ads_728_90
Paylaş